Hərbçiyə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Hərbçiyə qarşı quldurluq edən şəxslərə hökm oxunub
# 29 iyun 2016 08:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Ordusunun gizirinə qarşı quldurluq etməkdə təqsirləndirilən Amil Hüseynov və Ələsgər Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Amil Hüseynov 8 il 6 ay , Ələsgər Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub. Onlar Azərbaycan Ordusunun giziri Elçin Pənahova qarşı quldurluq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR