Bank Of Baku

Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Maliyyə nazirinin birinci müavini Anar Kərimov

© APA | Maliyyə nazirinin birinci müavini Anar Kərimov

# 16 iyun 2026 10:13 (UTC +04:00)

Son 5 il ərzində ölkədə gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.

"APA-Economics" xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, həmin dövrdə təxminən 70 min gənc müxtəlif təhsil proqramlarından faydalanıb:

"İslamda təhsil təkcə iqtisadi sərmayə deyil, eyni zamanda insan ləyaqətinə, məsuliyyətə və cəmiyyətə xidmətə qoyulan sərmayədir. Məhz buna görə Azərbaycanda biz gənclərə qoyulan sərmayəni gənc sahibkarlığa qoyulan sərmayə kimi görürük. Gənc sahibkarların daha geniş bazarlara çıxışa, daha sərbəst hərəkət imkanlarına və güclü şəbəkələrə ehtiyacı var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR