Bakıda qızı ilə birlikdə özünü 9-cu mərtəbədən atan ananın itkin düşən digər qızı tapılıb - VİDEO

Bakıda qızı ilə birlikdə özünü 9-cu mərtəbədən atan ananın itkin düşən digər qızı tapılıb - <span style="color: red;">VİDEO
# 19 avqust 2014 15:25 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aytən Fərzəliyeva bir neçə gün əvvəl tapılaraq ailəsinə təhvil verilib. Onun harada olması və hadisənin detalları hələlik açıqlanmır.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR