Bu il Azərbaycanda mobil telefon rabitəsindən 730 milyon manatdan çox gəlir əldə olunub

Bu il Azərbaycanda mobil telefon rabitəsindən 730 milyon manatdan çox gəlir əldə olunub
# 17 noyabr 2015 13:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,8%-i əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,6%-i və ya 731,1 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR