“AB Standard” kapitalını kəskin artırır

“AB Standard” kapitalını kəskin artırır
# 20 oktyabr 2014 13:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AB Standard" QSC-nin adi sənədsiz adlı səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərraclarda hər birinin nominal dəyəri 100 manat olan 88 100 ədəd səhmin çıxarılması nəzərdə tutulur.

Emissiya baş tutduğu halda, “AB Standard”ın kapitalı 8,81 mln. manat artacaq.

Qeyd edək ki, “AB Standard”ın rəsmi saytında yerləşdirilən 2013-cü ilin maliyyə hesabatına əsasən, şirkətin nizamnamə kapitalı 33 mln. 623,88 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR