Bolqarıstan Xalq Məclisinin sədri Azərbaycana gəlib

Bolqarıstan Xalq Məclisinin sədri  Azərbaycana gəlib
# 13 may 2012 20:49 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

T. Tsaçeva jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanla Bolqarıstan dost ölkələrdir: “Bolqarıstan baş naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub və hər iki tərəf bu səfərin uğurlu nəticələrini görür. İndi isə növbə parlamentlərindir. Səfərimizin əsas məqsədi parlamentlərarası münasibətləri genişləndirməklə yüksək səviyyədə olan əlaqələrimizi daha da inkişaf etdirməkdir”.

Səfər çərçivəsində Azərbaycan və Bolqarıstanın qanunverici orqanları arasında beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaq.

Səfər müddətində Bolqarıstan Xalq Məclisi sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR