Kamerunda daşqın nəticəsində 14 nəfər həlak olub

Kamerunda daşqın nəticəsində 14 nəfər həlak olub
# 01 sentyabr 2012 02:42 (UTC +04:00)
Bakı-APA. Kamerunun şimalında daşqın nəticəsində 14 nəfər həlak olub. Daşqın bölgəsindən 22 mindən çox insan təxliyə olunub. Faro, Mayo Louti və Benue yaşayış məntəqələrində vəziyyət daha ağırdır.

Ölkədə avqustun 28-dən başlayan yağışlar dayanmır. Hökumət kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəydiyini bildirib. Bununla bağlı ölkədə qida çatışmazlığı gözlənilir. Həmçinin vəba epidemiyası ehtimalı da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR