Gürcüstanda tarixi abidələrin bərpası mövzusunda beynəlxalq konfrans başlayıb - FOTO
18 aprel 2012 07:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Aprelin 17-də Qurucu David adına Tiflis Dövlət Universitetində tarixi abidələrin bərpası mövzusunda beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi ilə Tiflis Teatr, Musiqi, Kino və Xoreoqrafiya Muzeyinin təşəbbüsü və Türkiyənin maliyyə dəstəyi ilə keçirilir.
Beynəlxalq konfransı Gürcüstan Tarix Dövlət Muzeyinin direktoru Giorgi Kandelaki açaraq tədbirin Gürcüstanda ilk dəfə keçirildiyini və böyük əhəmiyyət kəsb etdiyini bildirib. O deyib ki, tədbirdə bərpaçı alimlər bərpa mədəniyyətinə dair təcrübə mübadiləsi aparacaq, tarixi abidələrin müasir vəziyyəti və bərpa proseslərinin necə aparılması barədə fikir, mülahizə və rəylər bildiriləcək. Beynəlxalq konfransa Türkiyə, İran, Azərbaycan və Ermənistandan olan bərpaçılar qatılıb. Tədbirin birinci günü Türkiyə, Gürcüstan və digər ölkələrin bərpaçı mütəxəssisləri tarixi abidələrin görüntülərini və bərpa vəziyyətini nümayiş etdiriblər və məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanı 5 nəfər alim təmsil edir. Bu gün iki Azərbaycan aliminin (Telman Kərimli və Natiq Səfərov) çıxışı nəzərdə tutulub. Tədbirin sonuncu günü konfrans iştirakçıları üçün tarixi abidə və məbədlərin yerləşdiyi Tiflis, eləcə də Msxeta və Uplistsixeyə səyahətlər təşkil olunacaq.
Beynəlxalq konfrans 4 gün davam edəcək.

Mədəniyyət siyasəti
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub - FOTO
22:53
1 may 2024
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
22:38
1 may 2024
Mədəniyyət naziri iranlı həmkarı ilə görüşüb
22:08
1 may 2024
Azərbaycan X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
21:36
1 may 2024