KXCP bir neçə təşkilatda təmsilçi təyin edib

KXCP bir neçə təşkilatda təmsilçi təyin edib
# 09 oktyabr 2012 13:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda KXCP Ali Məclisinin 7 oktyabr 2012-ci il tarixli sessiyasının nəticələri müzakirə edilib. İdarə Heyətində Mərkəzi Seçki Qərargahının formalaşdırılması, partiyanın İnkişaf Planının rayon (şəhər) şöbələri ilə müzakirəsini təşkil etmək üçün Respublika Müşavirəsinin keçirilməsi qərara alınıb.

KXCP Ali Məclisinin 7 oktyabr sessiyasında KXCP sədr müavinlərinin hesabatları və hesabatların qiymətləndirilməsinin əhəmiyyəti qeyd olunub.

KXCP Ali Məclisinin sonuncu sessiyasında fraksiyaçılıqdan geri durma və mövcud müxalifət qurumlarından bərabər məsafədə olmaq razılaşması, hesabatların qiymətləndirilməsini, istefa razılaşma və qərarlarını müzakirə edən İdarə Heyəti mövcud vəziyyəti dəyərləndirərək 3 qərar verib.

Birinci qərara əsasən, Bəybala Əbil Demokratik Qüvvələrin Məşvərət Məclisində KXCP təmsilçisi təyin olunub. Xəzər Teyyublu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında KXCP-nir təmsil edəcək. Digər qərara əsasən, Oqtay Gülalıyev İctimai Palatada KXCP təmsilçisi olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR