MDB-nin Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti ARDNF-də olub

MDB-nin Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti ARDNF-də olub
# 06 sentyabr 2017 11:26 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini İsrafil Məmmədov ilə MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, İ. Məmmədov qonaqlara ARDNF-nin fəaliyyəti, Azərbaycan iqtisadiyyatında rolu, maliyyələşdirdiyi layihələr, vəsaitlərin idarə edilməsi və investisiya fəaliyyəti, eləcə də şəffaflığın təmin edilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Görüşün sonunda ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran suallar cavablandırılıb. Qonaqlar fondun inzibati binası və muzeyi ilə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR