Oqtay Şirəliyev: “Ana ölümlərinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsi zəruridir”

Oqtay Şirəliyev: “Ana ölümlərinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsi zəruridir”
# 22 aprel 2014 14:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin Bərdədə keçirilən səyyar kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirib. O, Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğulayıb: “Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir ”.

Uğurlarla yanaşı, problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərinə insanlarla münasibətdə diqqətli olmağı tövsiyə edib. O.Şirəliyev həkimlərin, tibb bacılarının mütəmadi olaraq kurslarda iştirakının, daim öz bilik və bacarıqlarını artırmalarının önəmini də dilə gətirib. Ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruriliyini qeyd edən nazir tibb işçilərinin sertifikasiyasını, rezidentura təhsil sisteminin tətbiqini yüksək səviyyəli kadrlar yetişdirilməsi və tibb işçilərinin biliklərinin artırması baxımından önəmli fakt kimi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR