NATO Suriyaya qarşı əməliyyatlarda iştirakdan imtina edib

NATO Suriyaya qarşı əməliyyatlarda iştirakdan imtina edib
# 31 avqust 2013 07:38 (UTC +04:00)

Bakı-APA. NATO Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil. APA-nın məlumatına görə, bu fikirləri Danimarkanın “Politiken” nəşrinə müsahibəsində NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.

Onun sözlərinə görə, Dəməşq yaxınlığında kimyəvi silahın Suriya hökumət qoşunları tərəfindən tətbiqinə şübhə etmir. Rasmussen bu kimi addımları beynəlxalq standartların kobud şəkildə pozulması kimi dəyərləndirib və beynəlxalq ictimaiyyətin buna cavab verməli olduğunu deyib. Bununla belə Rasmussen deyib ki, bu işdə NATO-nun rol oynaya biləcəyini düşünmür. O qeyd edib ki, alyansa üzv ölkələr Suriyaya qarşı əməliyyatlarda iştirak etməkdə tam sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR