İspaniyanın “Eurovision 2014” təmsilçisi Azərbaycandan yüksək xal gözləyir - FOTO

İspaniyanın “Eurovision 2014” təmsilçisi Azərbaycandan yüksək xal gözləyir - <span style="color: red;">FOTO
# 07 may 2014 11:35 (UTC +04:00)

Kopenhagen. Ülviyyə Qasımova - APA. “Dilarənin dünənki çıxışı məni heyran etdi. İstedadlı ifaçıdır, yaşadığı hissləri ekran arxasında olan tamaşaçılara ötürməyi bacarır. Azərbaycan bu yarışmada hər il çox yüksək səviyyədə təmsil olunur”.

Bu sözləri APA-ya “Eurovision 2014” mahnı müsabiqəsində İspaniyanı təmsil edən Ruz Lorenzo deyib.

İspaniya təmsilçisi bildirib ki, yüksək xalları qonşu ölkələr olan Böyük Britaniya, İrlandiya və Portuqaliyadan gözləyir: “Azərbaycan tamaşaçılarının da ifama səs göndərəcəyinə ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR