Azərbaycanın Braziliyadakı səfirliyində Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Azərbaycanın Braziliyadakı səfirliyində Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 27 fevral 2014 12:28 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Braziliyadakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə portuqal dilində nəşr olunmuş ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevaya məxsus “Xocalı. 22 il. 10 hekayə, bunlar gerçək ola bilərdi” adlı kitabın təqdimatı olub.

Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Elnur Sultanov qonaqlara adıçəkilən kitabı təqdim edərək bu nəşrin Xocalı faciəsi qurbanlarına həsr olunduğunu və soyqırım dəhşətlərinin çox təsirli şəkildə oxucuya çatdırılması nöqteyi-nəzərindən dəyərli olduğunu qeyd edib. O, son 5 ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verərək, artıq Braziliyada da müxtəlif tədbirlərin baş tutduğunu bildirib. Xocalı faciəsinin acı gerçəkləri haqqında danışan səfir Elnur Sultanov Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb.

Tədbirin sonunda Xocalı faciəsi haqqında Azərbaycan rəssamlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib və qonaqlara Xocalı soyqırımı ilə bağlı materiallar paylanıb.

Tədbirdə Braziliya parlamentinin üzvləri, bir neçə ölkənin səfirləri, diplomatik korpus, akademik-elmi dairələr və yerli ictimaiyyət nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR