Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 14% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 14% artıb
# 21 yanvar 2014 07:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 1,383 mlrd. manat təşkil edib.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu 2013-cü ilə nisbətən 14,4% çoxdur.

Ötən il ərzində gömrük orqanlarının xətti ilə 298,249 mln. manatı gömrük rüsumları, 986,078 mln. manatı ƏDV, 81,336 mln. manatı aksizlər və 17,582 mln. manatı yol vergisi toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR