Azərbaycan və İsrail arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb

Azərbaycan və İsrail arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb
# 20 dekabr 2013 10:53 (UTC +04:00)

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz məlumat verib. Sazişə səfir R. Harpaz və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov imza atıblar.

Sənəd diplomatik və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsini nəzərdə tutur.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, xidməti və diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi praktikası Azərbaycanın bir çox ölkə, o cümlədən Avropa Birliyi, Şərqi Avropa, Latın Amerikası ölkələri və qonşu dövlətlərlə əlaqələrində tətbiq olunan praktikadır. Azərbaycan Türkiyə və İranla da bu cür sazişlər imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR