Opera və Balet Teatrında “Şopeniana” baletinin premyerası keçiriləcək

Opera və Balet Teatrında “Şopeniana” baletinin premyerası keçiriləcək
# 10 fevral 2014 10:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli polyak bəstəkarı Frederik Şopenin musiqisinə yazılan “Şopeniana” baletinin premyerası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, orkestr işlənməsi Aleksandr Qlazunova məxsus olan “Şopeniana” ilk dəfə 1909-cu ildə tanınmış rus baletmeysteri və pedaqoqu Mixail Fokin tərəfindən səhnəyə qoyulub.

Premyera tamaşasında balet truppasının aparıcı solistləri – xalq artistləri Gülağası Mirzəyev, Kamilla Hüseynova, əməkdar artistlər Rimma İsgəndərova, Yelena Skomoroşenko və gənc balet ustası Yuliya Ferştandt çıxış edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti Cavanşir Cəfərovdur.

Qeyd edək ki, “Şopeniana” süjetsiz balet olub nağıllar dünyasına düşən gənc şairin yuxu və gerçəklik arasındakı vəziyyətinin, onun xəfif kədər və xəyallar aləmindəki əhval-ruhiyyəsini ifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR