Bakıda İran yazıçısı Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” adlı kitabın təqdimatı olub - FOTO - VİDEO

Bakıda İran yazıçısı Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” adlı kitabın təqdimatı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 noyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA, Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İran yazıçısı Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” adlı kitabın təqdimatı olub.

APA-nın məlumatına görə, təqdimatda kitabın müəllifi ilə yanaşı, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid Əli Ocaq Nicat, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, digər iranlı diplomatlar, Azərbaycan Milli Məclisinin üzvləri Mübariz Qurbanlı, Fəttah Heydərov, Eldar İbrahimov, Hadı Rəcəbli, Cavanşir Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, o cümlədən müxtəlif bölgələrin dindarları iştirak ediblər.

Çıxış edən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, kitab Qafqazda yaşayıb yaratmış İslam alimlərinin həyat və fəaliyyətlərindən bəhs edir. Şeyx qeyd edib ki, məhz bu kitabın təqdimatı sayəsində həm İrandan həm də Azərbaycandan olan tanınmış şəxslər bura toplaşıb: “Bu kitabın təqdimatı və bizim bura toplanmağımız tarixi hadisədir. Bu başlanğıcdır, davamı daha mükəmməl olacaq”.

Şeyx bu kitabın ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevaya dindarlar adından minnətdarlığını bildirib.

Çıxış edən AMEA prezidenti Akif Əlizadə kitabdakı şəxslər arasında vaxtilə QMİ sədri olmuş babası Şeyxülislam Əlizadə barədə danışaraq kitabın xüsusi əhəmiyyət kəsb etməsini qeyd edib. O, kitabı dini ensiklopediya kimi xarakterizə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov isə bildirib ki, ciddi faktlar və arxiv materialları əsasında hazırlanmış kitab əsl İslam elminin mənbələrindən biri kimi əhəmiyyətlidir.

Kitabın müəllifi Adil Mövlayi Qafqazın İslam alimlərindən və onların göstərdiyi xidmətlərdən, rollarından danışıb. O, çıxışını Məhəmmədhüseyn Şəhriyarın şeir parçası ilə yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR