Azərbaycanda milli mətbəx nümunələrinin təsnifatı Dövlət Reyestrində qeydiyyatdan keçiriləcək

Azərbaycanda milli mətbəx nümunələrinin təsnifatı Dövlət Reyestrində qeydiyyatdan keçiriləcək
# 07 fevral 2014 14:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda milli mətbəx nümunələrinin təsnifatı hazırlanıb və qanunla rəsmiləşdiriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Milli mətbəx mədəniyyəti haqqında” qanunda əksini tapıb.

Yeni qanunun 3-cü maddəsinə görə, Azərbaycan xalqına məxsus texnoloji, avadanlıq və resept komplekslərini özündə birləşdirən xörək və qida məhsullarının hazırlanması ilə əlaqədar insan fəaliyyətinin nəticələri milli mətbəx nümunələri hesab ediləcək.

Qanunun 4-cü maddəsində isə milli mətbəx nümunələrinin Azərbaycan Respublikasının Mədəni İrs Nümunələrinə aid edilməsi pasportlaşma qaydası ilə və Dövlət Reyestrində qeydiyyat vasitəsilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR