Səhiyyə Nazirliyi pnevmokok əleyhinə peyvəndin tətbiqinin gecikməsinin səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi pnevmokok əleyhinə peyvəndin tətbiqinin gecikməsinin səbəblərini açıqlayıb
# 02 dekabr 2013 13:51 (UTC +04:00)

Peyvənd gətiriləndən sonra noyabrın 30-u və dekabrın 1-i qeyri-iş günlərinə düşdüyündən onları yerlərə paylamaq və tətbiqinə başlamaq mümkün olmayıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin dərman vasitələrinin alınması və rasional istifadəsi şöbəsinin müdiri Rəşidə Abdullayeva məlumat verib. O bildirib ki, hazırda mərkəzin anbarlarında saxlanılan vaksinlər sabahdan etibarən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölgüsünə əsasən bütün rayon və şəhərlərə paylanacaq. R.Abdullayevanın sözlərinə paytaxtın 11 rayonunda yerləşən bütün GEM-ləri bu vaksinləri mərkəzdən əldə edə bilər: “Rayonlara isə vaksinlər xüsusi soyuducu ilə təchiz edilmiş maşınlar vasitəsilə çatdırılacaq. Vaksinlər yerlərə təqdim olunduqdan sonra respublika üzrə vaksinlərin tətbiqinə başlanacaq”.

Qeyd edək ki, ilkin olaraq 2 aylığı tamam olan uşaqlar pnevmokok əleyhinə peyvəndə cəlb olunacaq. Sonradan isə bu peyvənd 4-6 aylıq uşaqlara da vurulacaq. Ümumiyyətlə, gələn ilin dekabr ayına kimi ölkədə 1 yaşına kimi bütün uşaqlara bu peyvənd tətbiq olunacaq. Bu müddət ərzində peyvənd 1 yaşa kimi olan 150 minə yaxın uşağı əhatə etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR