Azərbaycan ötən il vətəgə balıqlarının artırılmasına investisiyaları 11% artırıb

Azərbaycan ötən il vətəgə balıqlarının artırılmasına investisiyaları 11% artırıb
# 12 fevral 2013 08:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1,971 mln. manat və ya 2011-ci illə müqayisədə 10,6% çox vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, onun 68%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 32%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 366,3 mln. ədəd balıq körpələrinin 356,7 mln. ədədi çəkikimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların, 3,3 mln. ədədi nərəkimilərin və 0,8 mln. ədədi isə qızıl balıqların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR