ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 09 iyul 2016 04:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Kiçik həcmli “Piper PA-32” təyyarəsi havaya qalxandan dərhal sonra yaşayış binalarının olduğu məhəlləyə düşüb. Təyyarənin göyərtəsində olan 4 nəfər ölüb, yerli sakinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR