Bakıda Serbiyanın müstəqillik günü qeyd olunub

Bakıda Serbiyanın müstəqillik günü qeyd olunub
# 15 fevral 2013 19:56 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbiri açan Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç iki ölkə arasında münasibətlərin inkişafını yüksək qiymətləndirib. O qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan və Serbiya arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Z.Vayoviçin sözlərinə görə, bu günədək iki ölkə arasında 20-dən çox sənəd və razılaşma imzalanıb.

Səfir vurğulayıb ki, Serbiya və Azərbaycan beynəlxalq hüquq normalarından çıxış edərək beynəlxalq arenada bir-birilərini dəstəkləyirlər və bura iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR