Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1345 nəfər gələn və 437 nəfər ölkədən gedən qeydə alınıb.