Nyu Yorkda güclü partlayış nəticəsində 3 bina uçub - VİDEO

Nyu Yorkda güclü partlayış nəticəsində 3 bina uçub - <span style="color: red;">VİDEO
# 27 mart 2015 04:24 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə meqapolisin fövqəladə hallar xidmətinin məlumatında bildirilir.

Məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Yanğının söndürülməsi istiqamətində tədbirlər hələ də davam edir. Yanğınsöndürənlər zədələnmiş binalardan sakinlərin hamısını artıq təxliyə edib. Hadisə baş verdiyi əraziyə kənar şəxslər buraxılmır.

Yerli KİV-lərin məlumatına görə, insidentdən əvvəl partlayışın baş verdiyi binanın qaz təchizatı sistemində təmir işləri aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR