Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yolları infrastrukturunun inkişafına kredit ayırmağa hazırdır

Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yolları infrastrukturunun inkişafına kredit ayırmağa hazırdır
# 22 aprel 2013 12:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin şöbəsinin direktoru xanım Xiaohong Yangın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın nəqliyyat nazirinin müavini Pusa Pənahovla görüşüb.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı AİB tərəfindən Azərbaycan dəmir yollarının infrastrukturunun inkişafı üçün kreditin ayrılması təklifi irəli sürülüb. Bu kredit hesabına dəmir yolu nəqliyyatının yol infrastrukturunun müasir tələblərə uyğun yeniləşdirilməsi, həmçinin Səngəçal və Biləcəri stansiyalarının yenidən qurulmasının həyata keçirilməsi nəzərdə tutulub. Tərəflər, həmçinin, Azərbaycanın tranzit potensialının artırılması məqsədilə Azərbaycan Dəmir Yolunun 2020-ci ilə qədər İnkişaf Proqramının və müasir logistika sisteminin qurulması layihəsi və digər məsələlər ətrafında da geniş müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR