Xaçmazda dənizdə batmış 20 yaşlı oğlanın meyiti tapılıb

Xaçmazda dənizdə batmış 20 yaşlı oğlanın meyiti tapılıb
# 18 iyul 2014 15:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Xaçmazda 20 yaşlı oğlan dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda dənizdə (“Xəzər” sularda xilasetmə postundan, təxminən, 600 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1988-ci il təvəllüdlü Heydər Afiq oğlu Babayevin axtarışları başa çatıb.

H. Babayevin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR