Azərbaycan son 4 ildə marqarin ixracını 54% artırıb

Azərbaycan son 4 ildə marqarin ixracını 54% artırıb
# 26 aprel 2013 09:55 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan 2012-ci ildə ümumi dəyəri 37 mln. ABŞ dolları olan marqarin məhsullarını ixrac edib. APA-nın məlumatına görə, bu barədə «BusinesStat» tədqiqat təşkilatının 2008-2012 illər üzrə hazırladığı hesabatında qeyd olunub.


Hesabata əsasən, 2008-ci il ilə müqayisədə Azərbaycanın marqarin ixracından əldə etdiyi gəlir 13 mln. dollar və ya 54,2% artaraq ötən il 37 mln. dollara çatıb. Bu göstərici ilə Azərbaycan MDB məkanında yalnız Ukrayna (117 mln. dollar) və Rusiyadan (81 mln. dollar) geri qalır.

Ermənistan və Moldova isə ümumiyyətlə bu illər ərazində marqarin məhsulları istehsal etməyib. Ümumilikdə isə, 2012-ci ildə MDB ölkələri 264 mln. dollar dəyərində 1,15 mln. ton marqarin istehsal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR