Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Əsasnaməsi imzalanıb

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Əsasnaməsi imzalanıb
# 18 aprel 2013 13:34 (UTC +04:00)

Bakı – APA. Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin iclası keçirilib və cəmiyyətin Əsasnaməsi imzalanıb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda cəmiyyətin sədri, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və cəmiyyətin üzvləri iştirak ediblər.

Cəmiyyətin sədri Stepan Mesiç Xorvatiya ilə Azərbaycan arasında səmimi əlaqələrin qurulduğunu və bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd edib, Dostluq Cəmiyyətinin bu istiqamətdə fəal rol oynayacağına əminlik ifadə edib.

Səfir Kamil Xasiyev Azərbaycanla Xorvatiya arasında əlaqələrin son zamanlar surətlə inkişaf etdiyini, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin 10-12 mart tarixlərində həyata keçirdiyi səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini xüsusi qeyd edib.

Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəsmi dövlət qeydiyyatına alındığını bildirib, cəmiyyət tərəfindən görülmüş işlər və planlaşdırılan tədbirlər barədə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR