Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəkləyir"

Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəkləyir"
# 08 iyul 2016 22:33 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Varşavada NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirilən gündəlik brifinqdə deyib.

"Dövlət katibi tərəfləri Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib”, deyə C.Kirbi qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR