Artur Rasizadə Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib

Artur Rasizadə Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
# 28 iyun 2016 15:58 (UTC +04:00)

Bakı-APA. Bu gün baş nazir Artur Rasizadə Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının həmsədri Peter Siyartonun rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Rasizadə Macarıstanın bütün beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın yanında olduğunu, onun haqq işini daim dəstəklədiyini söyləyib.

Hər iki dost ölkənin əməkdaşlığı üçün böyük perspektivlərin olduğunu nəzərə çatdıran baş nazir Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyada əsasən qeyri-neft sektorunda işbirliyinin yaradılmasına, mədəniyyət, turizm, ticarət, nəqliyyat, aqrar sektor və əczaçılıq sahələrinə xüsusi diqqət yetirməyi tövsiyə edib.


P. Siyarto hökumətlərarası komissiyanın ötən iclasından sonrakı dövr ərzində görülən işlər və növbəti iclasda qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün nəzərdə tutulan müştərək layihələr barədə məlumat verib.

Görüşdə tərəflər regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi, bölgədə sülhün, sabitliyin qorunub saxlanması, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR