Quba hadisələrində təqsirləndirilən 8 nəfərin cinayət işi üzrə məhkəmə baxışı keçirilib

Quba hadisələrində təqsirləndirilən 8 nəfərin cinayət işi üzrə məhkəmə baxışı keçirilib
# 02 oktyabr 2012 09:30 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün Quba Rayon Məhkəməsində bu il martın 1-də Qubada baş verən hadisələrdə təqsirləndirilən bir qrup şəxsin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Məhkəmə baxışı oktyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulanlardan Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR