Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 22% artıb
17 oktyabr 2012 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il sentyabr ayının 1-nə Azərbaycanda əhalinin banklardakı toplam əmanətləri 4 462,6 mln. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,9% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 531,3 mln. manatı və ya 56,7%-i milli, 1 931,3 mln. manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 37,7% və 5,9% artıb.
Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,5 manat, 1 avroya 1,01 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,79 manat, 2,54 manat və 1,01 manat təşkil edib.

Maliyyə
BFB: Azərbaycanda korporativ istiqraz bazarının proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır
12:56
9 may 2024
Azərbaycanda dövlət müəssisələrinin istiqrazlarının həcminin artım potensialı qiymətləndirilib
12:26
9 may 2024
Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq
12:13
9 may 2024
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024