Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü Şimali Kiprdə qeyd olunub - FOTOSESSİYA

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü Şimali Kiprdə qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2012 15:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü günü Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində qeyd olunub. Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan və Türkiyə himnlərinin səslənməsi ilə açıq elan edilib. Ardınca qonaqlara milli rəqs təqdim olunub. Universitetin rektoru, professor Abdulla Öztoprak öz fikirlərini və ürək sözlərini bildirib. Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov müstəqillik günü barədə qonaqlara məlumat verib.

Tədbirdə Azərbaycana həsr olunmuş video nümayiş olunub, Azərbaycanın əməkdar artisti Bəsti Sevdiyevanın ifaları dinlənib. Universitetin rektoru Abdulla Öztoprak xanəndəyə plaket təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR