Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şamaxı rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, oktyabrın 30-dan oktyabrın 23-nə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir həmin gün saat 10:00-da Şamaxı rayonu Heydər Əliyev Mərkəzində bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Şamaxı, Qobustan, İsmayıllı rayonları üzrə (020) 285-12-58, Ağsu və Göyçay rayonları üzrə (020) 255-23-45 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.