DBNX gücləndirilmiş iş rejimində çalışır

DBNX gücləndirilmiş iş rejimində çalışır
# 29 dekabr 2015 14:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə tədbirlər planı hazırlanıb.

A. Süleymanov qeyd edib ki, dekabrın 28-dən etibarən 24 saatlıq növbətçilik sistemi ilə Saray, Müşfiqabad və Qaradağ postlarında heyvandarlıq məhsullarının sənədləri yoxlanılır, baytarlıq-sanitar ekspertizası aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR