Bank Of Baku

Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir

Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir
# 16 iyun 2026 10:40 (UTC +04:00)

Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbirdə "Qarabağ"ın rəqibi də bəlli olacaq.

Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Komandamızın potensial rəqibləri "Jilina", "Voyvodina", "Universtatya Kluj", "Aluminiy", "Derri Siti" və "Vestri" klublarıdır.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR