“Nikoil Bank” qanvermə aksiyası keçirib - FOTO

“Nikoil Bank” qanvermə aksiyası keçirib - <span style="color: red;">FOTO
# 12 may 2015 10:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mayın 8-i Beynəlxalq talassemiya günündə, “Nikoil Bank” ASC kollektivi, Faşizm üzərində qələbənin 70 illiyi və ümummilli lider Heydər Əliyevin 92 illiyi münasibətilə könüllü, ənənəvi donor qanvermə aksiyasını həyata keçirib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, nəzərdə tutulan aksiyada “Nikoil Bank”ın bütün Bakı şəhəri filialları və mərkəzi ofisin əməkdaşları iştirak edib. 62 əməkdaş 13 litrə yaxın qan verib.

Hələ 2005-ci ilin fevral ayında, talassemiya problemi ilə əlaqəli “dəyirmi masa” ətrafında gedən müzakirələr zamanı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkə əhalisini bu qlobal problemin həll olunmasında yaxından kömək olmağa çağırıb.

“Nikoil Bank”ın əməkdaşları artıq 10 ildir ki, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə mütəmadi olaraq donor aksiyasını həyata keçirir. İldə iki dəfə qeyd olunan ənənə, Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində həyata keçirilir.

Bu gün “Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR