Bakıda kişini maşın vurub

Bakıda kişini maşın vurub
# 27 dekabr 2019 21:35 (UTC +04:00)

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə M.F.Axundov adına parkın yaxınlığında baş verib.

“KİA” markalı nəqliyyat vasitəsi yol kənarında hərəkət edən 1962-ci il təvəllüdlü Hüseynov Vahid Səfər oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR