TürkPA-nın müşahidə missiyası Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək

TürkPA-nın müşahidə missiyası Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək
# 05 iyun 2015 10:21 (UTC +04:00)

Bakı – APA. Türkdilli ölkələrin Parlament Assambleyasının Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentarlarından ibarət müşahidə missiyası 7 iyun 2015-ci il tarixində Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. TürkPA-dan APA-ya verilən xəbərə görə, Milli Məclisin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidə missiyasının Yüksək Seçki Şurasının sədri Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, Türkiyə xarici işlər nazirinin müavini Naci Koru ilə görüşləri nəzərdə tutulub.

Seçki günü TürkPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək məqsədilə Ankarada bir sıra səsvermə məntəqələrini ziyarət edəcək.

İyunun 8-də missiya parlament seçkilərinin qiymətləndirilməsinə dair mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR