Azərbaycanın bir neçə bankı POS-terminalların sayını kəskin azaldıb - ARAŞDIRMA

Azərbaycanın bir neçə bankı POS-terminalların sayını kəskin azaldıb - <span style="color: red;">ARAŞDIRMA
# 26 sentyabr 2014 12:53 (UTC +04:00)

APA-Economics” 30 bankın təqdim etdiyi hesabata əsasən hesabat dövrü üzrə POS-terminalların sayına görə müvafiq renkinq tərtib edib.

Renkinqin təhlili zamanı məlum olub ki, 30 bankdan 13-də POS-terminalların sayında bir rüb ərzində azalma müşahidə olunub, 7 bankda dəyişim olmayıb, 10 bankda artım müşahidə olunub. Bununla yanaşı, 13 bank POS-terminalların sayı ilə bağlı məlumatları ümumiyyətlə açıqlamayıb.

Cari ilin ilk üç ayı ilə müqayisədə I yarımillikdə POS-terminalların sayının azalmasında birinci yeri “Bank Standard” tutub. Bank son üç ay ərzində POS-terminallarının sayını 182 ədəd azaldıb.

Siyahıda ikinci yeri “Amrahbank” tutur. Bankın POS-terminallarının sayı 97 ədəd azalıb.

Üçüncü yerdə isə “Dəmirbank” qərarlaşıb. Belə ki, bank 83 ədəd POS-terminalı dövriyyədən çıxarıb.

Sıralamada son yerləri “Bank Technique” və “Qafqaz İnkişaf Bankı” tutur. Adıçəkilən banklar müvafiq olaraq 2 və 1 ədəd POS-terminalı sıradan çıxarıb.

Maraqlıdır ki, banklar POS-terminalların sayının azalmasının səbəbi kimi proqram təminatlarının yenilənməsi və ya sözügedən cihazlarda yaranan nasazlığı göstərir (Ətraflı bax cədvəl 1)

Cədvəl 1

Azalma olan bankların siyahısı

POS-terminalların sayı

Bir rüb ərzində azalan POS-terminal sayı

1

Bank Standard

1 640

182

2

Amrahbank

409

97

3

Dəmirbank

1 103

83

4

AFB Bank

1 095

43

5

Bank Respublika

769

18

6

RabitəBank

460

14

7

Atrabank

62

14

8

Kredobank

37

9

9

TuranBank

174

6

10

Bank Nikoil

307

3

11

Azər-Türk Bank

49

2

12

Bank Technique

519

2

13

Qafqaz İnkişaf Bankı

3

1

Son üç ayda 7 bankda POS-terminalların sayında artım və ya azalma baş verməyib (Ətraflı bax cədvəl 2)

Cədvəl 2

Banklar

POS-terminalların sayı

1

Zaminbank

1 891

2

Kapital Bank

1 027

3

MuğanBank

659

4

Xalq Bank

119

5

Gəncəbank

21

6

DekaBank

8

7

Günay Bank

4

2014-cü ilin ilk iki rübü arasındakı fərqə nəzər saldıqda məlum olur ki, 10 bankda POS-terminalların sayında artım müşahidə olunur.

Siyahıda POS-terminalların sayında artıma görə birinci yerdə 4 613 ədədlə “AtaBank” qərarlaşıb. İkinci yer sahibi isə 2 966 ədəd POS-terminal artımı ilə “Exspressbank”dır. Sıralamada üçüncü yer 2 276 ədəd POS-terminal sayı ilə “Azərbaycan Beynəlxalq Bankı”na məxsusdur (Ətraflı bax cədvəl 3)

Cədvəl 3

Artım olan bankların siyahısı

POS-terminalların sayı

Bir rüb ərzində artan POS-terminal sayı

1

AtaBank

16 561

4 613

2

Exspressbank

3 589

2 966

3

Azərbaycan Beynəlxalq Bankı

7 399

2 276

4

AccessBank

2 020

1 697

5

AGBank

2 238

1 037

6

YapıKredi Bank Azərbaycan

2 678

374

7

Parabank

123

21

8

Bank BTB

27

12

9

Bank of Baku

32

4

10

Bank VTB (Azərbaycan)

7

1

Aşağıda göstərilən 13 bank isə ümumiyyətlə POS-terminallarla bağlı məlumatları açıqlamayıb (Ətraflı bax cədvəl 4)

Cədvəl 4

Məlumatları açıqlamayan bankların siyahısı

1

Bank of Azerbaijan*

2

Unibank*

3

Azərbaycan Sənaye Bankı*

4

Yunayted Kredit Bank*

5

Bank Silk Vey*

6

Naxçıvanbank *

7

Bank Avrasiya*

8

Pakistan Milli Bankı Bakı Filialı*

9

Bank Melli İran *

10

PAŞA Bank*

11

Evrobank*

12

Azərbaycan Kredit Bank*

NBC Bank*

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR