NATO təmas xəttində baş verən gərginlikdən narahatdır - VİDEO

NATO təmas xəttində baş verən gərginlikdən narahatdır - <span style="color: red;">VİDEO
# 05 avqust 2014 09:23 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. APA-nın məlumatına görə, bunu NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib.

U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR