Bank Of Baku

AVCİYA rəhbərliyi Avropa Şurasının Azərbaycandakı Ofisində görüş keçirib

AVCİYA rəhbərliyi  Avropa Şurasının Azərbaycandakı Ofisində görüş keçirib
# 05 sentyabr 2008 16:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) rəsmiləri bu gün Avropa Şurasının Azərbaycandakı Ofisində qurumun təmsilçiləri ilə görüş keçiriblər. Görüşdə AVCİYA-nin fəaliyyəti haqqında geniş məlumat verilib, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qarşıdan gələn prezident seçkiləri ilə bağlı assosiasiyanın gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib. Seçki Qərargahının rəhbəri prezident seçkilərinin ölkə üzrə monitorinqini təşkil etmək məqsədilə 15 avqust – 2 sentyabr tarixində İsmayıllı, Göyçay, Qax, Qəbələ, Mingəçevir, Gəncə, Şirvan, Saatlı, Salyan, Lənkəran, Xaçmaz və Quba şəhərlərində müşahidəçilər üçün treninqlər keçirildiyini bildirib.
Görüşdə Avropa Şurasının seçkilərlə bağlı Azərbaycana gələcək nümayəndələri ilə AVCİYA rəsmilərin görüşlərinin təşkil edilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR