Bank Of Baku

“Meşə qardaşları”nın azərbaycanlı lideri İlqar Mollaçiyev öldürülüb

“Meşə qardaşları”nın azərbaycanlı lideri İlqar Mollaçiyev öldürülüb
# 08 sentyabr 2008 08:18 (UTC +04:00)
Onun maşını Dağıstanın Məhərrəmkənd rayonu ərazisində saxlanıb, silahlı müqavimət göstərən Mollaçiyev yerindəcə zərərsizləşdirilib.

Qeyd edək ki, Rəbbani Xəlilovun ölümündən sonra özünü Dağıstan vəhhabilərinin rəhbəri elan edən İlqar Mollaçiyev Azərbaycanın Zaqatala rayonunda anadan olub. Onun rəhbərlik etdiyi qruplaşma Dağıstan və Azərbaycan ərazisində bir sıra terror aktları törədib. Bakıda “Əbu Bəkr” məscidində partlayışın da İlqar Mollaçiyevin dəstəsi tərəfindən törədildiyi bildirilir. Avqustun 25-də hüquq-mühafizə orqanlarına İ. Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil olub. Məlumatdan sonra Qusar rayonuna Çevik Polis Alayının əməkdaşları, Daxili Qoşunların “Şahin” xüsusi təyinatlıları, Sərhəd Qoşunlarının bölmələri və MTN-in əməkdaşları göndəriliblər.

Avqustun 29-da silahlı dəstənin üzvlərinin Qusarın Həzrə kəndi yaxınlığında gizlənməsi barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında polis və daxili qoşunlar əməliyyata başlayıb. Silahlı cinayətkarlar axtarışın başlandığını hiss edərək meşəyə çəkiliblər. Qaranlıqda hərəkət edən Daxili Qoşunların «Şahin» xüsusi təyinatlı dəstəsinin hərbçiləri ilə silahlılar arasında atışma başlayıb. Silahlılar hərbçilərə tərəf qumbara ataraq avtomatdan atəş açıb. Nəticədə «Şahin» xüsusi təyinatlı dəstəsinin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Əli Yolçuyev aldığı 4 güllə yarasından hadisə yerindəcə həlak olub. Hərbçilərə müqavimət göstərə bilməyən silahlı dəstənin üzvləri arasında itkilərin olduğu barədə məlumat əldə etmək mümkün olmayıb. Silahlılardan xeyli sursat və əmlak götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR