İranda ziyafət zamanı 100 gənc qız və oğlan həbs edilib
06 oktyabr 2012 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, ziyafət oktyabrın 4-də şəhərin şadlıq saraylarının birində təşkil edilib və səhər saat 6-dək davam edib. Məkana hücum edən polis açıq geyimli və kosmetika ilə bəzənmiş qızları, eləcə də dini qaydalara əməl etməyən oğlanları həbs edərək polis bölməsinə aparıb. Verilən məlumatlara görə, saxlanan gənclərin çoxu Lahican universitetinin tələbləri olub. Ziyafətin təşkilatçılığı və dəvət “facebook” vasitəsi ilə həyata keçirilib. Həbs edilənlər daha əvvəl də bu cür tədbirlərdə iştirak etdiklərini etiraf ediblər. Dindirilmədən sonra gənclərin çoxu sərbəst buraxılıb, ziyafətin təşkilatçıları isə həbsxanaya salınıb.
Hadisə
Qubad İbadoğlu barəsində qətimkan tədbiri dəyişdirilib, elektron qolbağı açılıb
13:04
21 may 2024
BMCMİ əməliyyatlar keçirib, 46 kq narkotik, 3 silah aşkarlanıb
11:14
21 may 2024
FHN: Ötən sutka 18 yanğına çıxış olub, 2 nəfər xilas edilib
11:10
21 may 2024
Bakıda 150 min manatlıq dələduzluq edilib, 2 nəfər saxlanılıb
10:51
21 may 2024