Müstəqil Azərbaycan Universitetinin quru aclığa başlamış 4 tələbəsi aclığı dayandırıb
22 dekabr 2006 14:12 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) quru aclığa başlamış 4 tələbəsi bu gün aclığı dayandırıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq tələbələrin səhhəti kəskin şəkildə pisləşibmiş və bu, onların həyatı üçün ciddi təhlükə yaradıb: “Buna görə də Müsavat Partiyasının rəhbərliyi tələbələrdən aclığı dərhal dayandırmağı tələb edib. Onlar bildiriblər ki, əgər tələbələrin həyatı ilə bağlı hər hansı hadisə baş versə, o zaman partiya da məsuliyyət daşıyır”. Müsavat rəhbərliyinin fikrini nəzərə alan 4 tələbə aclığı dayandırsa da, digərləri aksiyanı davam etdirirlər. E.Məmmədov bildirib ki, aksiya növbəti məhkəmə iclasına kimi davam etdiriləcək. /APA/
Hadisə
Tovuzda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb - YENİLƏNİB
19:32
31 may 2024
Sarayda minik və yük maşınları toqquşub, iki nəfər ölüb - FOTO - VİDEO
17:32
31 may 2024
Dövlətə vurulan ziyanı ödəməyən xidmət rəislərinə xəbərdarlıq olunub - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
16:28
31 may 2024
“Nicat Lənkəranski”yə silahlı hücum edən şəxslərə hökm oxunub
16:11
31 may 2024