Lahıc-Zaqatala marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Lahıc-Zaqatala marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
# 23 dekabr 2006 07:38 (UTC +04:00)
Dekabrın 22-də Lahıc-Zaqatala marşrutu ilə hərəkət edən, İmamov Paşa Yusif oğluna məxsus PAZ-572 markalı, 10-FZ-276 dövlət nömrə nişanlı avtobusda yanğın baş verib. Zaqatala Rayon Yanğından Mühafizə Bölməsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğınsöndürənlərin vaxtında hadisə yerinə çatması nəticəsində avtobusun tamamilə yanıb sıradan çıxmasının qarşısı alınıb. Hadisə zamanı avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb. İlkin məlumata görə, yanğına avtobusun mühərrik hissəsində naqillərin nasazlığı səbəb olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR