Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.
APA-nın əldə etdiyi məlumata görə, məktəblilər Kürdəmirdə aşkarlanıblar.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirilib ki, dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarış elan edilib:"Müəyyən edilib ki, həmin məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur".
***
00.38
Abşeronda iki məktəbli qız itkin düşüb.
APA xəbər verir ki, bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.
Bildirilib ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri, Məmmədli Saray və Muradzadə Aydan saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.
Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.