Bank Of Baku

Ağcabədidə iki minik maşını toqquşub, yaralanan var

Ağcabədidə iki minik maşını toqquşub, yaralanan var
# 28 dekabr 2023 16:09 (UTC +04:00)

Ağcabədidə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayonu Eyvazalılar kənd sakini 1983- cü il təvəllüdlü Muradov Nadir Nazim oğlu idarə etdiyi 55-BM-764 dövlət qeydiyyat nişanlı "Vaz 21074" markalı minik avtomobili ilə Şəki rayon sakini 1985-ci il təvəllüdlü Əmrahov Məhəmməd Qardaşxan oğlunun idarə etdiyi 90- FR-978 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 21074" markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü, Beyləqan rayonu Eyvazalılar kənd sakini Kazımova Dilşad Qocaq qızı xəsarət alaraq Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR