Ağdamda yaşayış evində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Ağdamda yaşayış evində baş verən yanğın söndürülüb   - FOTO  - YENİLƏNİB
# 01 mart 2024 22:27 (UTC +04:00)

Ağdamda fərdi yaşayış evinda baş verən yanğın söndürülüb.

APA-nın yerli müxbiri xəbər verir ki, FHN-nin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları Mirəşəlli kənd sakini Quliyev Malik Rəsul oğluna məxsus 4 otaqlı fərdi yaşayış evində baş verən yanğını söndürüb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

***

22.11

Ağdamda fərdi yaşayış evi yanır.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.

Kənd sakini Quliyev Malik Rəsul oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Əraziyə FHN-nin Ağdam yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda FHN əməkdaşları yanğını söndürməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR